Metro iyunda 8 gün işləməyəcək

11:26 28.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metrosu iyun ayında 8 gün bağlı olacaq.

 

“Bakı Metropoliteni” QSC-dən hafta.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcək:

 

- 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;       
- 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək; 
- 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək; 
- 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.